Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra ATƏT-ə ehtiyac qalmayacaq - Ararat Mirzoyan

media-ads_728_90

“Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra vasitəçilik formatına, xüsusilə ATƏT-ə ehtiyac qalmayacaq”.

“TV1” xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı sualı şərh edərkən bildirib.

“Sülh sazişi imzalandıqdan sonra institusional baxımdan münaqişənin başa çatdığını hesab etmək və vasitəçilik formatına ehtiyacın olmadığını qeyd etmək mümkün olacaq”, – deyə o vurğulayıb.

media-ads_728_90
Paylaş