Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi artıb - Pərviz Şahbazov

media-ads_728_90

Ötən il Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50 faiz artaraq 470 milyon dollara çatıb. Bu ilin birinci yarısında isə ticarət dövriyyəsi artmaqda davam edərək 501 milyon dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.

“TV1” xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin siyasi iradəsi və müdrik rəhbərliyi sayəsində iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə mütərəqqi inkişaf nümayiş etdirir.

“Dövlət başçılarımızın imzaladığı “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi haqqında” Bəyannamənin, eləcə də 2022–2026-cı illər üçün Əməkdaşlığın Hərtərəfli İnkişaf Proqramının əhəmiyyətini xüsusilə vurğulamaq istərdim. Hərtərəfli proqram ticarət, investisiya, enerji, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və humanitar əməkdaşlıq kimi sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün bələdçi rolunu oynayır”,- deyə nazir qeyd edib.

media-ads_728_90
Paylaş