media-1200x100

Azərbaycan və Türkiyə arasında elektron keçid sertifikatından istifadəyə başlanıldı

media-ads_728_90

“Azərbaycan və Türkiyə arasında elektron keçid sertifikatından istifadəyə başlanılıb”.

“TV1” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə-Azərbaycan Quru Nəqliyyatı Müştərək Komissiyasının iclasında yazılı açıqlamasında bildirib.

“Ölkələrimiz arasında elektron keçid sənədlərinin istifadəsinə başlanılıb. Sınaq kampaniyası zamanı elektron keçid sənədi verilən ilk türk avtomobili 2024-cü il dekabrın 14-də Azərbaycana daxil olub. Beləliklə, Özbəkistandan sonra Azərbaycanla da elektron keçid sənədlərinin istifadəsinə başlamış olduq. Elektron keçid sənədi kvotası tranzit daşımalar üçün 15 min, ikitərəfli daşıma üçün isə 500 ədəd müəyyən edilib. İnteqrasiya işləri davam etdikcə, fiziki sənədlər üçün müəyyən edilmiş kvotaların elektron sənədlərə keçirilməsi qərara alınıb”, – deyə nazir qeyd edib.

media-ads_728_90
Paylaş