Azərbaycan yaxın dönəmdə növbəti böyük uğura İMZA ATACAQ
“Abraham Sazişləri” (İbrahim Sazişləri) Donald Trampın prezident kimi ilk müddətində əldə etdiyi ən böyük xarici siyasət uğuru idi.
“TV1” xəbər verir ki, bu barədə “Forbes”in yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Tramp pezident kimi ikinci müddətə başlayarkən, administrasiyasının bu innovativ təşəbbüsü genişləndirməyə çalışacağını açıq şəkildə bildirdi. Sazişlərə qoşulmaq üçün aşkar namizədlərdən biri uzun müddətdir İsraillə güclü tərəfdaşlığa malik müsəlman ölkəsi Azərbaycandır.
Martın 17-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmi nümayəndə heyəti “Tamar” qaz yatağında 10%-lik payın alınması ilə bağlı əvvəlcədən elan edilmiş sazişi imzalamaq üçün İsrailə səfər edəcək. Eyni zamanda, Livanla sərhədə yaxın İsrail sularında iki daha böyük enerji layihəsi elan olunacaq. Bu barədə şərtlər və təfərrüatlar hələlik açıqlanmayıb. Nümayəndə heyətinə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edəcək.
“Forbes”-in İsrail mənbələrindən əldə etdiyi eksklüziv məlumatlara görə, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi üzrə “əsrin müqaviləsi”ndən bəri SOCAR-ın uzunmüddətli tərəfdaşı olan BP, çox güman ki, yeni layihədə iştirak edəcək.