media-1200x100

Azərbaycan zərgərləri dünya bazarlarına yüksək səviyyəli milli zinət əşyalarımızı çıxara bilərlər - ÖZƏL/VİDEO

media-ads_728_90

“Azərbaycan zərgərləri hazırladıqları yüksək səviyyəli milli zinət əşyalarımızı dünya bazarlarına çıxara bilərlər. Adımızı, adət-ənənələrimizi, milli ornomentlərimizi əks etdirən zərgərlik məhsullarımız keyfiyyətinə görə, dünyada lazımınca dəyərləndirilər”.

Bunu “TV1”-ə özəl açıqlamasında “Qiymətli metallar və qiymətli daşlar” Standartlaşdırma üzrə Texniki Komitənin üzvü, gemoloq Pərviz Nuriyev deyib.

O bildirib ki, bu sahədə Azərbaycanda çox peşəkar dizaynerlər, rəssamlar var:

“Avropadakı ənənələrdən biri də odur ki, ustalıq nəsildən-nəsilə ötürülür. Bu, Azərbaycanda da olmalıdır. Biz də zaman-zaman bunu etməliyik. Biz adımızı zərgərlik sahəsində də ölkədən kənara çıxarmalıyıq. Zərgərlərimizin hazırladıqları məhsullar yüksək səviyyədədir. Zərgərlik sahəsində uzun illərdir fəaliyyət göstərən peşəkar zərgərlərimiz var”.

O həmçinin vurğulayıb:

“Mən tanınmış brend qızıl-zinət məhsullarının kopyasının çıxarılmasına tamamilə qarşıyam. Qızıl ustalarımız var ki, bu sahəyə illərini veriblər. Vətəndaşlarımız brendlərin kopyalarını almaqdansa, yerli zərgərlərimizin  hazırladıqları yüksək səviyyəli milli məhsullarımızı alsınlar”.

Mətanət Əliyeva 

Daha ətraflı müsahibədə:

media-ads_728_90
Paylaş