Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib?

media-ads_728_90

Bu ilin 6 ayında Azərbaycana ən çox gələn əcnəbi turistlər Rusiya vətəndaşlarıdır.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Belə ki, bu ilin 6 ayında Azərbaycana 314.6 min Rusiya vətəndaşı gəlib. Siyahıda Rusiyanı 213.8 min nəfərlə Türkiyə, daha sonra isə 114.4 min nəfərlə Hindistan izləyir.

Sonrakı ölkələr isə sıra ilə İran, Gürcüstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Pakistan, Çin və Özbəkistandır.

media-ads_728_90
Paylaş