Ölkəyə idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

media-ads_728_90

Ölkəyə idxal olunan bir sıra ət məhsullarında uyğunsuzluq aşkarlanıb.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində ölkəmizə idxal olunan bir sıra ət məhsulu partiyalarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülmüş nümunələrdə uyğunsuzluq aşkarlanıb.

Uyğunsuzluq aşkarlanan məhsullar aşağıdakılardır:

Məhsulun adı Miqdarı Mənşə ölkəsi İdxalçı şirkət Aşkar olunan uyğunsuzluq
1 Dondurulmuş mal əti 20 ton Ukrayna “Gourment” MMC İnsan istehlakı üçün yararsız
2 Dondurulmuş mal əti 20 ton Ukrayna ”Azer Land” MMC İnsan istehlakı üçün yararsız
3 Dondurulmuş mal əti 20 ton Ukrayna “Halal Food” MMC İnsan istehlakı üçün yararsız
4 Dondurulmuş mal əti 30 ton Ukrayna “Qafqaz Konserv Zavodu” MMC İnsan istehlakı üçün yararsız
5 Dondurulmuş mal əti 20 ton Ukrayna “Qafqaz Konserv Zavodu” MMC Parazitar sirayətlənmə
6 Dondurulmuş mal əti 6.18 ton Ukrayna “Hereti Bottling Company” MMC İnsan istehlakı üçün yararsız
7 Dondurulmuş mal əti 0.55 ton Belarus “Halal Food” MMC İnsan istehlakı üçün yararsız
8 Dondurulmuş mal əti 5.06 ton Braziliya “M & T” LTD firması İnsan istehlakı üçün yararsız
9 Dondurulmuş sümüksüz donuz əti 22.08 ton Rusiya “Universal-SVS” MMC İnsan istehlakı üçün yararsız
10 Dondurulmuş qoyun əti 8.2 ton Monqolustan “Eleven Group” MMC İnsan istehlakı üçün yararsız
11 Dondurulmuş toyuq hissələri 20.4 ton Ukrayna “HRT Group” MMC Salmonella
12 Hisə verilmiş balıq filesi 0.264 ton Belarus “Food Fish” MMC Listeria monocytogenes

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.

media-ads_728_90
Paylaş