media-1200x100

24 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb

media-ads_728_90

Azərbaycan Mərkəzi Bankı 2 hüquqi şəxsə və 22 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini 1 ay müddətinə dayandırıb.

“TV1” xəbər verir ki, bu barədə tənzimləyici qurumun məlumatında bildirilib.

Məlumatda qeyd olunur ki, bu qərar avqustun 13-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq müvafiq hesabat təqdim edilmədiyi üçün qəbul edilib.

media-ads_728_90
Paylaş