media-1200x100

Azərbaycanda 7 ayda vergi daxilolmaları 10 milyard manatı keçib

media-ads_728_90

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 272,8 milyon manat vergi daxil olub.

“TV1” xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % azdır.

7 aylıq vergi daxilolmalarının 6 milyard 944,1 milyon manatı və yaxud 67,6 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 12,6 % çoxdur.

media-ads_728_90
Paylaş