Azərbaycanda bərpa olunan enerjinin qoyuluş gücü 2 min meqavata çatdırılacaq
“Azərbaycanda 2027-ci ilin sonuna bərpa olunan enerji sahəsində 2 min meqavata qədər qoyuluş gücü olacaq”.
“TV1” xəbər verir ki, bunu Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
O bildirib ki, bərpa olunan enerji sahəsində görüləcək işlərin birinci mərhələsi 2027-ci ildə başa çatacaq: “İkinci mərhələnin 2030-cu ilə qədər bitməsi planlaşdırılır”.
Qeyd edək ki, ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1792,64 meqavatdır ki, bu da ümumi istehsal gücünün, təxminən 21,3%-ni təşkil edir.