Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

media-ads_728_90

Azərbaycanda “Böyük İpək Yolu” turizm məhsulunun yaradılması və inkişaf etdirilməsi planlaşdırılır.

“TV1” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Bundan başqa, Proqramda 8 mədəni turizm məhsulunun istifadəyə verilməsi, dövrün sonuna 4 yerli, 1 beynəlxalq təbliğat tədbirinin (festival və s.) keçirilməsi, dövlət qoruqlarında abidələrin bərpası və infrastruktur işlərinin görülməsi yer alıb.

Həmçinin ölkədə sağlamlıq turizminin inkişafı strategiyasının və fəaliyyət planının hazırlanması, tibb müəssisələrinin akkreditasiyası üzrə normativ hüquqi aktların tibbi turizm istiqamətində təkmilləşdirilməsi, tibbi turizm xidmətləri göstərən azı 5 müəssisənin beynəlxalq akkreditasiya prosesinə cəlb olunması, illik əsasda Sağlamlıq Turizmi Konfransının keçirilməsi Proqramın hədəfləri sırasındadır.

media-ads_728_90
Paylaş