Əhalinin gəlirləri 6%-dən çox artıb - RƏSMİ
2024-cü ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,1% artaraq 53 milyard 947,2 milyon manat və ya hər nəfərə orta hesabla 5291,6 manat olub.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, əhalinin sərəncamında qalan gəlirləri 47 milyard 488,1 milyon manat təşkil edib.