media-1200x100

Azərbaycanda ən az və ən çox bahalaşmanın olduğu iqtisadi rayonlar – SİYAHI

media-ads_728_90

Azərbaycanda bu ilin noyabr ayında məhsul və xidmətlərin ən çox yüksəldiyi iqtisadi rayonlar məlum olub.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, cari ilin noyabrında qida məhsulları, içkilər və tütün məmulatları üzrə ən çox bahalaşma Gəncə-Daşkəsən iqtisadi rayonunda (əvvəlki ilin eyni dövrünə nisbətən 1,9% çox), qeyri-qida məhsulları üzrə isə Bakı şəhərində (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% çox) qeydə alınıb.

Sözügedən dövr ərzində qida məhsulları, içkilər və tütün məmulatları üzrə ən az bahalaşma Naxçıvan Muxtar Respublikasında (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çox), qeyri-qida məhsulları üzrə isə Abşeron – Xızı iqtisadi rayonunda (ötən ilin eyni dövrünə nisbətən 0,7% az) olub.

Azərbaycanın iqtisadi rayonları üzrə 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksləri (əvvəlki aya nisbətən, faizlə) təqdim edirik:

media-ads_728_90
Paylaş