Azərbaycanda ən baha və ən ucuz kreditlərin verildiyi regionlar
2024-cü il oktyabr ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 26 mlrd. 705 mln. 792 min manat təşkil edib ki, bunun da 76.8%-i və ya 20 mlrd. 508 mln. 705 min manatı Bakı şəhərinin payına düşüb.
“TV1” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu dövrdə banklar tərəfindən verilən ən ucuz kreditlər Bakı şəhərində verilib.
Belə ki, Bakı şəhərinə verilən ümumi kreditlərin orta fazi dərəcəsi 11.65%, milli valyutada verilən kreditlərinin orta faiz dərəcəsi isə 13.37% təşkil edib.
Hesabat dövründə ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı) verilib. Bu regiona banklar tərəfindən kredit qoyuluşu 179 milyon 179 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19.18%, milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 19.21% olub.
Aşağıdakı cədvəldə regionlar üzrə kredit qoyuluşları və orta faiz dərəcələri verilib.