Azərbaycanda enerji sektoruna yatırımlar artıb

media-ads_728_90

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə 1,2 milyard manat sərf olunub.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,5 dəfə çoxdur.

Dövr ərzində sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 9,2%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1% çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7% artıb.

Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51%-i məhsul istehsalı sahələrinin, 4,298 milyard manatı (32,9%-i) xidmət sahələrinin, 2,102 milyard manatı (16,1%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

media-ads_728_90
Paylaş