Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib

media-ads_728_90

Azərbaycanda bu ilin yanvar-iyul aylarında heyvan hücumu nəticəsində 27 min 476 nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan 69,8 %-ni (19 176 nəfər) it dişləyib. 40-a yaxın şəxs isə çaqqal hücumu nəticəsində yaralanıb.

“Zərərçəkənlərin hamısına quduzluq əleyhinə peyvənd vurularaq tibbi nəzarətə götürülüb. Cari ilin eyni dövründə insanlar arasında quduzluq xəstəliyi qeydə alınmayıb”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, sonuncu dəfə avqustun 10-da Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edərək 3 nəfəri dişləyib./report

media-ads_728_90
Paylaş