Azərbaycanda ilk dəfə “Açıq bankçılığ”ın tətbiqinə BAŞLANILDI

media-ads_728_90

Azərbaycan maliyyə bazarında ilk dəfə olaraq “Açıq bankçılıq” funksionallığının tətbiqinə başlanılıb.

“TV1” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası” çərçivəsində həyata keçirilən layihə rəqəmsal maliyyə xidmətlərinin genişlənməsinə və maliyyə inklüzivliyinin artmasına xidmət edir.

Artıq 13 kommersiya bankı yeni platformaya tam inteqrasiya olunub. Onların sırasında “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Kapital Bank”, “Yelo Bank”, “Xalq Bank” və digərləri var. ABB və TuranBank isə “Açıq bankçılıq” funksionallığını mobil tətbiqləri üzərindən müştərilərə təqdim etməyə başlayıb. Müştərilər razılıq əsasında digər bank hesablarına və əməliyyatlarına vahid tətbiq üzərindən baxa bilirlər.

Cari ilin sonunadək platformanın əhatə dairəsinin genişlənəcəyi, digər banklar və ödəniş təşkilatlarının da qoşulacağı gözlənilir. “Açıq bankçılıq” ölkədə rəqəmsal transformasiyanı sürətləndirərək, maliyyə xidmətlərinə çıxışı sadələşdirəcək və bazarda rəqabəti gücləndirəcək.

media-ads_728_90
Paylaş