Azərbaycanda illik inflyasiya PROQNOZU

media-ads_728_90

Azərbaycanda illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bu ilin aprel ayında 12 aylıq inflyasiya 6,3 %, aylıq inflyasiya isə 0,3 % təşkil edib. İllik qiymət artımı ərzaq malları və xidmətlər üzrə 7,6 %, qeyri-ərzaq malları üzrə isə 2,7 % təşkil edib. İllik baza inflyasiya isə 4,8 % olub.

Son aylarda inflyasiyaya təsir edən xarici amillər üzrə qeyri-müəyyənliklər yüksək olaraq qalır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin aprelində əmtəə qiymətləri indeksi aylıq 1 %, illik isə 4,6 % azalıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin aprelində ötən ilin eyni ayına nəzərən 9,6 % olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin may ayında ötən ilin eyni ayı ilə müqayisədə sabit qalıb”, – deyə məlumatda qeyd olunub.

media-ads_728_90
Paylaş