Azərbaycanda investisiyaların idarə edilməsi ilə bağlı yeni informasiya sistemi yaradılacaq
Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq.
“TV1” xəbər verir ki, eyni zamanda, bununla bağlı əlaqədar xidmətlər həyata keçiriləcək.
Belə ki, artıq sözügedən işlərlə əlaqədar “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətində müvafiq işlər start götürüb.
Qurum yeni informasiya sisteminin yaradılmasının 3,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 037 335.75 manat olan MMC-nin qanuni təmsilçisi İsgəndərov Anar Sabir oğludur. /trend/