media-1200x100

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlara içməli suyun verilməsi qadağan olunur

media-ads_728_90

“Yeni qaydalara əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlara içməli suyun verilməsi qadağan edilir”.

“TV1” xəbər verir ki, bunu İri Şəhərlərin Birləsmis Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədr müavini Cabbar Cabbarlı su şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlandırılması ilə bağlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, suyun təyinatı müxtəlif hissələrə bölünür:

“Bunun içməli su tərəfi, suvarma, çirkab su xidməti kimi sahələri var. İçməli suyun suvarma məqsədilə istifadə olunması qadağandır. Buna görə də kənd təsərrüfatı təyinatlı torpaqlara bizim su verməyimiz qadağan olunur. Bu, həm suya qənaət, həm də su itkilərinin qarşısının alınması üçün atılmış addımdır”, – deyə o qeyd edib.

media-ads_728_90
Paylaş