Azərbaycanda Nüvə Kriminalistikası Laboratoriyası yaradılır

media-ads_728_90

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) strukturunda Nüvə Kriminalistikası Laboratoriyası qurulmaqdadır və bu istiqamətdə kadr hazırlığı həyata keçirilir.

“TV1” xəbər verir ki, bu barədə İRİA-dan bildirilib.

Qeyd edilib ki, laboratoriyanın qurulması istiqamətində addımlar AEBA ilə icra edilən birgə layihə çərçivəsində atılır. Belə ki, İRİA AEBA ilə texniki əməkdaşlıq proqramı çərçivəsində “Azərbaycanda nüvə və radioaktiv materialların monitorinq və ekspertizası üzrə milli laboratoriyanın imkanlarının genişləndirilməsi” adlı AZB1004 milli layihəsini həyata keçirir.

media-ads_728_90
Paylaş