media-1200x100

Azərbaycanda problemli kreditlərin MƏBLƏĞİ

media-ads_728_90

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480 milyon manat təşkil edib və bu, sentyabrın 1-i ilə müqayisədə 1,5 % çoxdur.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, hesabat dövründə ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 9,6 % artıb, son 1 ildə isə 7,5 % azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil edib.

media-ads_728_90
Paylaş