Azərbaycanda problemli kreditlərin məbləği 8 % azalıb

media-ads_728_90

Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 453,7 milyon manat təşkil edib.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bu, iyunun 1-i ilə müqayisədə 0,4 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 3,6 % artıb, son 1 ildə isə 8,3 % azalıb.

media-ads_728_90
Paylaş