Azərbaycanda qızıl və gümüş istehsalı artıb

media-ads_728_90

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 349 kiloqram qızıl istehsal edilib.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 596,9 kiloqram və ya 34,1% artıb. Ötən ilin ilk doqquz ayında Azərbaycanda 1 752 kiloqram qızıl istehsal olunmuşdu.

Bu ilin oktyabr ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 142,2 kiloqram olub.

Eyni zamanda, bu ilin yanvar-sentyabr aylarında ölkədə 2 984 kq gümüş istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə 676,3 kq və ya 29,3% artım deməkdir.

Bu ilin oktyabr ayının birinə ölkədə hazır gümüş ehtiyatının miqdarı 759,1 kiloqram olub.

media-ads_728_90
Paylaş