Azərbaycanda xarici ölkələr üçün müxtəlif təyinatlı peyklər istehsal ediləcək

media-ads_728_90

Azərbaycan “Azersky-2” layihəsi ilə özü peykləri istehsal edəcək.

“TV1” xəbər verir ki, bunu Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, bunun üçün müvafiq şirkət təsis edilib: “Bunun məqsədi kosmik aparatların istehsalıdır. İlk növbədə Azərbaycanın özünün peykləri istehsal olunacaq. Həmçinin biz bu imkanlardan istifadə edərək region və dünya üçün də müxtəlif təyinatlı peykləri Azərbaycanda istehsal etməyi həsəfləyirik”.

“Peyklərin istehsalının Azərbaycana gətirilməsi təkcə kosmik sahənin inkişafı deyil, bu, ümumilikdə Azərbaycanda texnoloji potensialın artımının göstəricisidir”, – deyə D. Bədirxanov vurğulayıb.

media-ads_728_90
Paylaş