Azərbaycandan Britaniyaya ixrac olunan neftin HƏCMİ

media-ads_728_90

Bu ilin yanvar- sentyabr aylarında Azərbaycandan Böyük Britaniyaya 237,1 milyon dollar dəyərində 514,9 min ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatənda bildirir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 153,8 milyon dollar və ya 39,4 faiz, həcm baxımından isə 135,2 min ton və ya 20,8 faiz azdır.

2014-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan Böyük Britaniyaya 390,9 milyon dollar dəyərində 650,1 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Hesabat dövründə Britaniya Azərbaycan neft və neft məhsullarının ixrac edildiyi ölkələr arasında 8-ci yeri tutub.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində, ümumilikdə 16,996 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,069 milyard dollar və ya 18,8 faiz, fiziki həcmdə isə 613 min ton və ya 3,5 faiz azdır.

media-ads_728_90
Paylaş