Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
“TV1” xəbər verir ki, 20 vaqondan ibarət, çəkisi 1400 ton olan buğda avqustun 13-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 39 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tonadək Aİ-92 vəAİ-95 benzini ixrac olunub.








