media-1200x100

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 14 % artıb

media-ads_728_90

Bu ilin yanvar ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 108,969 milyon ABŞ dolları təşkil edib.

“TV1” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur.

Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,4 % təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 13 % artaraq 46,240 milyon ABŞ dolları (ümumi ixracın 11,4 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 14,9 % artaraq 62,729 milyon ABŞ dolları (ümumi idxalın 3,9 %-i) olub.

İl ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 39,3 % artaraq 2 milyard 008,08 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 19,3 % artaraq 403,853 milyon ABŞ dolları, idxalın dəyəri isə 45,5 % artaraq 1 milyard 604,226 milyon ABŞ dolları təşkil edib.

media-ads_728_90
Paylaş