Azərbaycanın maliyyə sektorunun dayanıqlılığı daha da möhkəmlənib - Mərkəzi Bank
“Bu ilin birinci yarısında Azərbaycanın maliyyə sektorunun dayanıqlılığı daha da möhkəmlənib”.
“TV1” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Şahin Mahmudzadə Bakıda 2024-cü ilin yarımilliyinə həsr olunan Maliyyə sabitliyi hesabatının təqdimatı zamanı bildirib.
“Bu ilin birinci yarısında Azərbaycanın maliyyə sektorunun dayanıqlılığı daha da möhkəmlənib. Hesabat dövründə bank sektoru ölkənin bütün maliyyə sektorunun 94,6 faizini tutaraq dominant rolunu davam etdirib”, – deyə o, vurğulayıb.