Azərbaycanın olimpiya mükafatçısı ABŞ-də keçiriləcək beynəlxalq taekvondo düşərgəsinə dəvət alıb

media-ads_728_90

Azərbaycan taekvondoçusu, Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov ABŞ-də keçiriləcək “Mayami 2025” beynəlxalq taekvondo düşərgəsinə dəvət alıb.

“TV1”  xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti yayıb.

O, xüsusi qonaq və təlimçi qismində “ustad dərsləri” keçərək, iştirakçılarla təcrübəsini bölüşəcək.

Qeyd edək ki, düşərgə avqustun 30–31-də təşkil olunacaq.

media-ads_728_90
Paylaş