media-1200x100

Azərbaycanın qeyri-neft-qaz sektoru 1% böyüyüb

media-ads_728_90

2025-ci ilin yanvar ayında Azərbaycanda 9430,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul istehsal olunub.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki,  iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,0 faiz artıb.

ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olub.

media-ads_728_90
Paylaş