Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizdən çox artıb

media-ads_728_90

İyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatlarında artım müşahidə edilib.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, bu ilin yanvar-iyun aylarında strateji valyuta ehtiyatları 85 milyard 768,9 milyon dollar olub.

Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çoxdur.

media-ads_728_90
Paylaş