Azərbaycanın strateji valyuta ehtiyatları tarixi maksimuma çatıb
“Azərbaycanın strateji valyuta ehtiyatları 9,4% artaraq tarixi maksimuma – 77,7 milyard ABŞ dollara çatıb”.
“TV1” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, AMB-nin valyuta ehtiyatları 11,2 milyard səviyyəsində formalaşıb.