Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 16 dəfəyə yaxın üstələyib

media-ads_728_90

2025-ci ilin 1 oktyabr tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 81,5 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 16,6 dəfə üstələyir.

“TV1” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu dövrdə ölkənin xarici dövlət borcu 4.893,1 milyon ABŞ dolları təşkil edib.

media-ads_728_90
Paylaş