media-1200x100

Azərbaycanın xalis maliyyə aktivləri 128 mln. dollar artıb

media-ads_728_90

2024-cü ilin 6 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 128.5 milyon ABŞ dolları artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (421.4 milyon ABŞ dolları), portfel investisiyaları (609.6 milyon ABŞ dolları) və digər investisiyalar (-902.5 milyon ABŞ dolları) hesabına formalaşıb.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir.

Məlumatda qeyd edilib ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2.1 milyard ABŞ dolları azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-374.1 milyon ABŞ dolları), neft bonusu (456.4 milyon ABŞ dolları), portfel investisiyaları (-889.5 milyon ABŞ dolları) və digər investisiyalar (-1.3 milyard ABŞ dolları) hesabına formalaşıb.

media-ads_728_90
Paylaş