Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
2026-cı il avqustun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 590,8 milyon ABŞ dollarına bərabər olub.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,5 % azdır.








