media-1200x100

Azərbaycanın xarici ticarət dövriyyəsi 70%-dən çox artıb

media-ads_728_90

Cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5 milyard 90,8 milyon ABŞ dolları olub.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 104,7 milyon ABŞ dolları və ya 70,5% çoxdur. Ötən ilin yanvarında Azərbacyanın xarici ticarət dövriyyəsinin həcmi 2 milyard 986,1 milyon ABŞ dolları idi.

Ötən ay ticarət dövriyyəsinin 3 milyard 38 min dolları ixracın, 2 milyard 52 milyon dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1 milyard 195 milyon dollar (64,8%) və 910 milyon dollar (79,7%) çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.

media-ads_728_90
Paylaş