Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb

media-ads_728_90

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Pakistan arasında bu ölkəyə investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

“TV1” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Sənədi Azərbaycan tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Pakistan tərəfindən isə bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar imzalayıb.

“Sənəd iki ölkə liderlərinin qarşılıqlı iqtisadi münasibətlərin və sərmayə tərəfdaşlığının daha da gücləndirilməsi barədə tapşırığının icrasına təkan verəcək”, – deyə M.Cabbarov qeyd edib.

media-ads_728_90
Paylaş