“Azəri-Çıraq-Günəşli”nin builki gəlirləri açıqlanıb
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin doqquz ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 630,2 dollar və ya 12,04 faiz azalıb.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Neft Fondu məlumat yayıb.
Məlumatda bildirilir ki, AÇG yatağından cari ilin əvvəlindən oktyabrın 1-i tarixinə 4 milyard 603,8 milyon dollar gəlir əldə olunub.
Ötən ilin müvafiq dövründə AÇG yatağından 5 milyard 234 milyon dollar gəlir əldə edilmişdi.