Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Azov dənizində PUA-ların vurduğu gəmidə həlak olanlardan ikisinin şəxsiyyəti məlum olub.
“TV1” APA-ya istinadən xəbər verir ki, Palau bayrağı altında üzən gəmiyə endirilən PUA zərbəsi nəticəsində Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucov həlak olublar.
Qismət Əliyevin gəmidə böyük mexanik, Fuad Orucovun isə kapitan olduğu bildirilib.
Yaralıların vəziyyətinin normal olduğu və hazırda Yeysk şəhər mərkəzi xəstəxanasının cərrahiyə və travmatologiya şöbələrində müalicə aldıqları bildirilib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Azov dənizinin Taqanroq körfəzində iki xarici yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum nəticəsində ölkənin beş vətəndaşı həlak olub, üç nəfər isə yaralanıb.








