Bakı Ali Neft Məktəbi 36 Prezident təqaüdçüsü ilə lider və ölkə rekordçusu oldu

media-ads_728_90

Bakı Ali Neft Məktəbi 36 Prezident təqaüdçüsü ilə lider və ölkə rekordçusu olub.

“TV1” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “2025-2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında müvafiq Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülmüş tələbələrin 36 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.

Ümumilikdə, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir.

BANM artıq 6-cı ildir ki, Prezident təqaüdçülərinin sayına görə liderdir. Təqaüdçülərin üçdə birindən çoxunu BANM tələbələri təşkil edir.

BANM-in Prezident təqaüdçülərindən 11 nəfəri İnformasiya təhlükəsizliyi, 8 nəfəri Kimya mühəndisliyi, 2 nəfəri Biznesin idarə edilməsi, 2 nəfəri Kompüter mühəndisliyi, 1 nəfəri Kompüter elmləri, 12 nəfəri isə yeni açılan Maliyyə ixtisasının tələbəsidir.

 

media-ads_728_90
Paylaş