"Bakı kart"lar ləğv olunacaq? - Ekspert daha nələri açıqladı - ÖZƏL/VİDEO

media-ads_728_90

İctimai nəqliyyatda artıq çeşidli ödəniş imkanları tətbiq olunur. Xüsusilə də, metroda vətəndaşlar tətbiq olunan bir sıra yeni ödəniş üsullarından istifadə etmək imkanı əldə ediblər. Bu yeniliklərin tətbiqindən sonra “Bakı kart”ların ləğv olunacağı ilə bağlı fikirlər səsləndirilir. Bu, nə dərəcədə reallığı əks etdirir?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “TV1”-ə özəl açıqlamasında bir çox məsələlərə aydınlıq gətirib. “Bakı kart”ların ləğv olunmayacağını deyən ekspert yeni tətbiq üsullarından da danışıb:

“Çeşidli ödəniş imkanları daha da artacaq. İlk olaraq, 2006-cı ildə metroda plastik kartlardan ödəniş tətbiq olundu. 2015-ci ildən – 10 il bundan qabaq vahid inteqrasiya olunmuş metroda və avtobuslarda istifadə olunan “Bakı kart”lar istifadəyə verildi və nağdsız ödənişin şəbəkəsi daha da genişləndi. Sonrakı illərdə QR biletlə ödəniş imkanı yaradıldı”.

R.Ağamirzəyev həmçinin vurğulayıb:

“İndi hazırda metroda test mərhələsində bank kartlarından, eləcə də google-pay, apple-pay kimi ödəniş imkanları artıq test olunur və metronun bütün stansiyalarında bu ödənişlərdən istifadəyə imkan yaradılıb.

Mətanət Əliyeva

Daha ətraflı videomüsahibədə tanış ola bilərsiniz: 

media-ads_728_90
Paylaş