Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 2 % azalıb
Bu ilin yanvar-iyul aylarında “Bakı Metropoliteni” QSC-nin xidmətlərindən 127 milyon 587,1 min nəfər sərnişin istifadə edib.
“TV1” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 516,3 min nəfər və yaxud 1,9 % azdır.