Bakı üzrə 29 satış məntəqəsində məktəbli geyimləri SATILIR

media-ads_728_90

Ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə Bakı şəhəri üzrə 29 satış məntəqəsi fəaliyyət göstərir.

“TV1” xəbər verir ki, bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar onlara ən yaxın istənilən satış məntəqəsinə müraciət edə bilərlər. Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.

Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya müraciətləri olduğu halda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat verə bilərlər.

Qeyd edək ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən 4 növ geyim formasından birinin tətbiqi ilə bağlı müvafiq qərar qəbul edib.

media-ads_728_90
Paylaş