Bakı və rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA
Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
“TV1” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 17:00-a olan məlumatına əsasən, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Tərtərdə 16, Tovuzda 15 m/s-dək güclənir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir.