Bakıda nəhəng gəmi inşa edilir
Bakıda nəhəng gəmi inşa edilir.
“TV1″ xəbər verir ki, yükdaşıma və sərnişindaşma üçün nəzərdə tutulan gəmidə işlərin 70 faizi yekunlaşıb.
Gəminin gövdə hissəsinin inşası başa çatıb. Boru sistemləri üzrə 80 faizdən çox, elektrik sistemləri üzrə 70 faizdən çox iş tamamlanıb. Gəmi 100 sərnişin, 56 sistern tipli vaqon və 50 TIR daşımaq imkanına malikdir.
Qeyd edək ki, 2026- cı ildə 3 ədəd 45 mertlik və 1 ədəd 60 metrlik dalğıc gəmilərin tikintisinə başlanılacaq.