Bakıda orta aylıq əməkhaqqı 8%-ə yaxın artıb
2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1268.7 manat təşkil edib.
“TV1” xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, bu göstərici 2023-cü ilin müvafiq dövrünə nisbətən 7.8% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycada muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,8% artaraq 1002,8 manat təşkil edib.