media-1200x100

Bakıda orta aylıq əməkhaqqı artıb

media-ads_728_90

2024-cü ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1272,3 manat təşkil edib.

“TV1” xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bu göstərici 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,3% artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycada muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4% artaraq 1003,3 manat olub.

media-ads_728_90
Paylaş