Bakıda Zəfər Günü parad olacaq

media-ads_728_90

Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.

“TV1” xəbər verir ki, parad noyabrın 8-də Bakının Azadlıq meydanında təşkil olunacaq.

Artıq parada hazırlıqlara başlanılıb.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib.

2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub. /lent.az/

media-ads_728_90
Paylaş