Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq

media-ads_728_90

Noyabrın 8-də Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq.

“TV1” xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivləri çıxış edəcək. Konsertin sonunda atəşfəşanlıq olacaq.

media-ads_728_90
Paylaş